Modern.az

Bakıda ev yanıb

Bakıda ev yanıb

1 Oktyabr 2016, 22:44

Bakıda yanğın qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m2 sahədə, 1 ədəd soyuducu və qaz sobası yanıb.

 

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 1 m2 sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir