Modern.az

Silahlı şəxslər Kim Kardaşyanı soydular

Silahlı şəxslər Kim Kardaşyanı soydular

3 Oktyabr 2016, 09:55

Erməni əsilli şou-biznes ulduzu Kim Kardaşyan Parisdə silahlı hücumla üzləşib. 

Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 3-nə keçən gecə saat 3-4 radələrində polis geyimində olan 5 naməlum şəxs Kardaşyanın oteldəki otağına soxulub və onu bir neçə saat girov kimi silah altında saxlayıblar.

 

Kardaşyanın təmsilçisi İna Tresokiasın bildirdiyinə görə, məşhur model zərər çəkməsədə, hadisədən çox qorxub.  Porno ulduzun tanınmış repçi olan əri Kayn Vest həmin vaxt Nyu-Yorkda konsertdə olub.  Kardaşyan isə Parisə moda həftəsində iştirak etmək üçün anası və bacısı ilə birgə gəlib. 

 

Məlumata görə şou-biznes ulduzunun bir neçə milyon dollarlıq zinət əşyaları maskalılar tərəfindən oğurlanıb.


Paris polisi hadisə barədə açıqlama verməyib.
 


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər