Modern.az

Alper Coşkunun vidası - “Eşq olsun” və...  

Alper Coşkunun vidası - “Eşq olsun” və...   

3 Oktyabr 2016, 10:30

Diplomatik missiyası başa çatan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun az qala hər bir azərbaycanlı ilə vida mərasimi keçirir.

 

Maraqlıdır, fövqəladə və səlahiyyətli səfirin bu cür davranışına nə səbəb ola bilər?!

 

Teleqraf Holdinq”in rəhbəri  Aynur Camalqızı Modern.az-a açıqlamasında mövzuya belə münasibət bildirib.

 

“Əslində, çox maraqlı mövzudur. Azərbaycanda səfir olduğu dönəmlərdə Alper bəyin fəaliyyətini izləyirdim. Baxmayaraq ki, əvvəlki səfirlərlə müqayisədə o dərəcədə də mediaya açıq deyildi. Məsələn, Alper bəydən öncə səfir olmuş Hulusi Kılıçın jurnalistlərdə mobil telefonu belə vardı. İstədiyimiz zaman onu rahatlılqla axtarıb sözümüzü deyə bilirdik. Alper bəydə bu olmasa da, əvəzində onda güclü dövlətçilik, peşəkar diplomatçılıq vardı. Onun çıxışlarına qulaq asanda hiss olunurdu ki, çox yüksək səviyyəli təhsilə malik insandır. Onun bütövlükdə fəaliyyəti Türkiyəyə başucalığı gətirən hərəkətlər, addımlar idi. Çox istərdim ki, Alper bəy kimi siyasətçilər Azərbaycanı dünya ölkələrində təmsil etsin. Çünki belə insanlar öz dövlətlərinə, xalqına sevgi, hörmət  qazandırırlar.

 

Alper Coşkunun səfirlik fəaliyyətini başa vurub ölkəsinə getmək ərəfəsində ölkə ictimaiyyətinin nümayəndələri, media əhli, eləcə də Xarici İşlər Nazirliyində də görüşləri oldu. Bu çox həssas və incə addımdır. Səfir ölkəmizdəki fəaliyyətini başa vurub geri qayıdır. Çalışır ki, başladığı missiyanı ləyaqətlə başa çatdırsın. Düşünürəm ki, bu, çox doğru addımlardır. O, bundan sonra harada olur-olsun ancaq Türkiyəyə başucalığı gətirəcək”.

 

 Politoloq Zərdüşt Əlizadə isə səfirin bu formada fəaliyyətinə son qoymasını ölkəsinə olan diqqətlə əlaqələndirib.

 

“Səfirin bu formada səfirlik fəaliyyətini başa vurması öz ölkəsinə olan  diqqəti artırmağa yönəlir. Həm iki dövlət arasında münasibətlərin yaxşı olmasının göstəricisidir. Sübut kimi göstərir ki, dövlətlər arasında mehriban davranışlar var. Əslində, əvvəllər də bir çox səfirlər fəaliyyətlərini başa vuranda bu formada görüşlər keçirib.

Həm də əvvəlki səfirlər çox yaxşı işləyiblər. Ona görə də türkiyəli səfirin özünü bu cür yola salması marağa səbəb olub. Eyni zamanda, ilk səfirlər hamısı vətəndaş cəmiyyətinə, ziyalılara, müxalifət partiyalarına çox böyük önəm verirdilər. Mütəmadi olaraq görüşlər təşkil edirdilər. Həm də Alper Coşkunun bu formada öz ölkəsinə qayıtması onu göstərir ki, artıq o, öz məqsədinə çatıb. Belə səfirə ancaq və ancaq “eşq olsun” demək olar”.

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı