Modern.az

Azərbaycana 2,5 kiloqram psixotrop vasitə keçirmək istəyən şəxs saxlanıldı

Azərbaycana 2,5 kiloqram psixotrop vasitə keçirmək istəyən şəxs saxlanıldı

Hadisə

3 Oktyabr 2016, 11:44

Gürcüstandan Azərbaycana 2,5 kiloqram psixotrop vasitə keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

 

Modern.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü A.M “Qırmızı körpü”nü keçən zaman yaxalanıb.

Gürcü sərhədçilər onun avtomobilinin yük yerində gizlədilmiş 8400 qadağan olunmuş həbi müsadirə edib.

 

Saxlanılna şəxsin bu vasitəni Azərbaycana keçirərək satmaq niyyətində olduğu üzə çıxıb.

 

Faktla bağlı cinayət işi açılıb. Təqsiri sübuta yetirilərsə, Azərbaycan vətəndaşını 7 ildən 12 ilə qədər həbs gözləyir.

 

Vüqar İSMAYILOV  

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?