Modern.az

Jurnalistlər deputat Elxan Süleymanovu axtarırlar...

Jurnalistlər deputat Elxan Süleymanovu axtarırlar...

3 Oktyabr 2016, 12:09

Bu gün Azərbaycan parlamentində mediaya, mətbuata açıq olan deputatlarla yanaşı, jurnalistlərdən qaçan mandat sahibləri də var.

Belə deputatlardan biri də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı Elxan Süleymanovdur.

Ümumiyyətlə, deputat Elxan Süleymanovun jurnalistlərə, mediaya qapalı olması nədən irəli gəlir?

Görəsən sonuncu dəfə hansı jurnalist deputatla canlı təmas qurub, yaxud heç olmasa telefonla danışa bilib?


Modern.az
 saytı bu haqda parlament jurnalistlərinin fikirlərini öyrənib:


“Qafqazinfo”
 saytının parlament müxbiri Günel Türksoy: “Elxan Süleymanova 1-2 dəfə zəng vurmuşam, cavab verməyib. Onun özünü tapıb soruşmaq lazımdır ki, niyə belə edir? Ümumiyyətlə, deyəsən o, parlamentdə də olmur, iclaslara da gəlmir, çox vaxt xaricdə olur”.


Gününsesi.info
 saytının parlament müxbiri Kamil Həmzəoğlu: “Onunla indiyə qədər heç bir canlı, əyani ünsiyyətim olmayıb. Cəmi bir dəfə görmüşəm, o da xaricilərlə birgə mətbuat konfransında...
Elxan Süleymanov mətbuatla birbaşa təmasa o qədər də maraqlı görünmür. Amma bir çox həmkarlarım onun media işçilərinə, mətbuata sayğılı olduğunu deyirlər”.


AzVision.az
 saytının parlament müxbiri Anar Kəlbiyev: “Uzun müddətdir deputat Elxan Süleymanovla əlaqə saxlamamışam. Bilirəm ki, zəng etməyə ehtiyac yoxdur. Çünki telefonla əlaqə saxlamaq mümkün deyil. Hər hansı mövzu ilə bağlı digər əlaqə saxlaya bildiyim deputatlarla təmas qururam.
Məncə Elxan Süleymanov bilərəkdən belə edir ki, onunla ancaq canlı görüşə gedəsən. Amma indi yeni internet medianın inkişafı jurnalistlərdən operativlik tələb edir və buna görə də  telefonla da əlaqə saxlamağa məcburuq.
Yəni hər mövzudan ötrü vacib deyil ki, danışacağımız şəxslə canlı görüşə gedək. Telefonla da cavab vermək mümkündür”.


Teleqraf.com
 İnformasiya Agentliyinin parlament müxbiri Nemət Orucov:
“Bildiyim qədər onun özü ehtiyac olanda məqalə ilə mətbuatda çıxış edir. Ancaq mən heç vaxt Elxan Süleymanovla telefonda danışmamışam və əlaqə saxlamağa cəhd etməmişəm.
Məncə, onun özünün işlədiyi jurnalistlər var və yazısı da olanda onlara göndərir”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı