Modern.az

Roma Papasının Bakı səfərinin ƏHƏMİYYƏTİ: “Ağıllı müsəlmanlar üçün...”

Roma Papasının Bakı səfərinin ƏHƏMİYYƏTİ: “Ağıllı müsəlmanlar üçün...”

3 Oktyabr 2016, 13:07

Ötən gün Roma Papası Fransisk Azərbaycanda səfərdə olub. Roma Papası ölkəmizə səfəri zamanı Azərbaycandakı katoliklərlə və dövlət rəsmiləri ilə görüşüb. Bəs Roma Papasının Azərbaycana gəlməsinin dini və siyasi cəhətdən əhəmiyyəti nələrdən ibarətdir?

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Modern.az –a açıqlamasında deyib ki,  Roma Papası katoliklərin lideridir və Azərbaycana səfər etməsi mühüm bir hadisədir.

 

“Roma Papasının Azərbaycana səfəri ölkəmizdə dinlərə, tolerantlığa, mədəniyyətlərə diqqətin göstəricisidir. Dünən Roma Papası və şeyxülislam arasında olan görüşlərə mən də qatıldım. Görüşdə Azərbaycanda multikultiralizm, çox mədəniyyətliliyin olması vurğulandı. Bir çox məsələlərdə olduğu kimi multikultiralizm məsələsində də Azərbyacanın dünyaya nümunə olacaq ölkə olduğu fikirləri söylənildi. Roma Papasının Azərbaycana səfəri, müxtəlif dinlərə Azərbaycanın hörmətinin təzahürüdür və əlamətdar bir tarixi hadisə sayılır. Məzhəblər arası toqquşmaların qızışdığı bir dönəmdə dinlərin və məzhəblərin yaxınlaşmasına ciddi ehtiyac var. Bütün din xadimləri, liderlər bu istiqamətdə addımlar atmalıdırlar.

 

Din xadimlərinin Azərbaycana gəlməsi dinlərin yaxınlaşması baxımından olduqca mühüm addımdır. Roma papasının səfəri də dinlər arası yaxınlaşmanı göstərir. Din xadimləri ilə dövlət xadimlərinin görüşməsi sülhün, əmin-amanlığın bərqərar olmasına yardım göstərə bilər”.

 

Politoloq Zərdüşt Əlizadə bildirib ki, Roma Papasının Azərbaycana səfəri siyasi cəhətdən o qədər də önəmli deyil. Amma bu səfər mənəvi və mədəni cəhətdən çox önəmlidir.

 

“Roma papası dünyada olan 1milyard 500 milyon xristianın diqqətlə izlədiyi bir şəxsdir. Papa Fransisk çox mötəbər bir şəxsdir. O, çox təmiz, zəkalı, sadə bir insandır. Onun Vatikandakı çirkli işlərlə heç bir əlaqəsi olmayıb. Azərbaycanda kiçik katolik icması var. Roma Papası bütün dünyanı gəzərək barış çağırışları edir. Problemlərin güzəştli həllərini axtarır. Onun Azərbaycana gəlməsi həm azlıq xristianlar üçün, həm də ağıllı müsəlmanlar üçün xoş hadisədir.  

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir