Modern.az

Kommunist Partiyası Lenininyıxılmamış heykəlinə görə icra başçısına SƏSLƏNDİ

Kommunist Partiyası Lenininyıxılmamış heykəlinə görə icra başçısına SƏSLƏNDİ

Mədəni̇yyət

26 Sentyabr 2016, 13:52

SSRİ imperiyasının dağılması ilə Leninin ideyaları və onun heykəlləri də tarixin qürubunda itib-batdı. Bununla belə  SSRİ-nin qurucusu, dünya proleriatının lideri Vladimir Leninin kommunist ideyaları bu günə qədər yaşanır, qorunur. Lakin, artıq sovet dövründən fərqli olaraq addımbaşı Leninin heykəlləri adamla “salamlaşmır”. Lenin daha hər addımımızı və düşüncələrimizi susmuş daşlar üzərindən “izləyə” bilmir.

Ancaq Qəbələ rayonunun Qəmərvan kəndində Leninin buz kimi baxışları üzlərə zillənib. Sanki Lenin tarixdə onun ideyalarının yaşaması üçün  aparılan qanlı savaşlara görə üzr istəyir. Söhbət Leninin Qəmərvandakı  heykəlindən gedir.

 

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Modern.az-a açıqlamasında deyib ki, Lenin dahi şəxsiyyət olub.

 

Partiya sədri Leninin Azərbaycandakı heykəlinin təmiri və onun ətrafında abadlaşdırma işləri aparılmasında maraqlıdır. Ancaq Rauf Qurbanov etiraf edib ki, hissə qapılıb pafoslu açıqlamalar vermək yersizdir.

 

“Heykəlin təmiri və abadlaşdırma işləri üçün maliyyə vəsaiti lazımdır. Azərbaycan Kommunist Partiyasında isə bu maliyyə yoxdur. Buna görə də boğazdan yuxarı danışmaq lazım deyil. Leninin ideyaları bizim üçün əzizdir, amma onun heykəlini yenidən qurmaq üçün pulumuz yoxdur”.

 

Rauf Qurbanov qeyd edib ki, bununla belə məsələ ilə bağlı Qəbələ rayon İcra Hakimiyyətinə müraciət oluna bilər.

“Ancaq mənQəbələ İcra Hakimiyyətinin Kommunist Partiyasına nə cavab verəcəyini və hansı addım atacağını dəqiq bilmirəm. Bunun özü mənim üçün sualdır. Mərkəzi Komitənin Büro iclasında bu məsələni müzakirə edəcəyik. Yəqin ki, bundan sonra Qəbələnin icra başçısına müraciət edərik. Lakin hesab edirəm ki, məsələ  hökumət səviyyəsində həll olunmalıdır. Çünki Qəbələnin icra başçısı bizə yəqin ki, gözləmə mövqeyində olan bir cavab verəcək”,-deyə o əlavə edib.

 

Aqşin KƏRİMOV

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!