Modern.az

“Viqen Sarkisyan ya ABŞ, ya da Rusiyanın tapşırığı ilə müdafiə naziri olub”

“Viqen Sarkisyan ya ABŞ, ya da Rusiyanın tapşırığı ilə müdafiə naziri olub”

3 Oktyabr 2016, 15:43

“Viqen Sarkisyan tapşırıqla müdafiə naziri təyin olunub. Bu tapşırıq ya ABŞ-ın ya da Rusiyanındır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Xocalının deputatı Elman Məmmədov deyib.

 

Deputat bu gün Serj Sarkisyanın imzaladığı sərəncamla Ermənistana yeni müdafiə nazirinin təyin olunmasına bu cür münasibət bildirib.

 

 

“Sarkisyan tülkü kimi, yalandan Avropa dəyərlərinə sadiq olduğunu göstərmək istəyir”

 

E.Məmmədov Ermənistan prezident administrasiyasının rəhbəri Viqen Sarkisyanın müdafiə naziri təyin olunmasını Sarkisyanın hiyləgərliyi hesab edir:

“Julik, terrorçu, hərbi cani Serj Sarkisyan bu qərarı ilə onu göstərmək istəyir ki, guya o Avropa dəyərlərinə yaxınlaşır. Çünki bildiyimiz kimi, Avropanın bir çox ölkələrində müdafiə nazirləri mülki şəxslər və hətta qadınlardır.

Sarkisyan cinayətkar işğalçı dövləti demokratik hüquqi bir ölkə kimi qələmə vermək istəyir. Sarkisyanın başına daş düşsün. Onun özü və ətrafındakılar hamısı cinayətkar və kriminal aləmin üzvləri, canilərdir”.

 

E. Məmmədov söyləyib ki, Ermənistanda kimin müdafiə naziri təyin olunmasından asılı olmayaraq Azərbaycanın bir mövqeyi var:

“Artıq 25 ildir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxlayır. Bunu bütün dünya bilir. Bütün dünya bunu da gözəl bilir ki, Sarkisyan Xocalıda, Qaradağlıda, Meşəlidə və digər Azərbaycanın rayonlarında hansı soyqırımları törədib.

 

 Sadəcə olaraq tülkü həcə gedir. Sarkisyan həccə gedən tülküdür. Özünü bicliyə qoyub maskalanıb və başını da soxub kola, el bilir ki quyruğu görünmür.

İlanın ağına da, qarasına da lənət olsun. İstəyir sarksiyanlar, petrosyanlar kimlər müdafiə naziri, baş qərargah rəisləri təyin olunursa olunsun . Azərbaycanın bir mövqeyi var: “İşğal olunmuş torpaqlarımızı hansı yolla olursan olsun işğaldan azad etməliyik.

 

Torpaqlarımızı işğaldan azad etdikdən sonra isə Sarkisyan və onun kriminal cinayətkar komandası beynəlxalq məhkəmə qarşısında ədalət mühakiməsinə çıxarılaraq ən ağır şəkildə cəza almalıdırlar”.

 

 

 “Ermənistan cəmiyyətinə mesaj verirəm - Qarabağ klanı hakimiyyətdə qaldıqca...”

 

Elman Məmmədov  Ermənistanın Baş Qəragah rəisinin müavini və qondarma “Dağlıq Qarabağ Respublikasıının müdafiə naziri” olmuş Movses Akopyanın Baş Qərargah rəisi təyin olunmasını çox səhv addım hesab edir.

 

Buna görə də, deputat Ermənistan xalqına və cəmiyyətinə müraciət edib:

 “Ermənistan cəmiyyəti və xalqı nə günə qalıb ki, bu boyda erməni cəmiyyəti, xalqının içində ağlı başında , nizam intizamlı, normal bir adam tapa bilməyiblər ki, ordunun Baş Qərargah rəisi təyin etsinlər.

 

Dağlıq Qarabağda olan cinayətkar, kriminal aləmin üzvlərini gətirib hakimiyyətdə, yüksək hərbi vəzifələrə təyin ediblər.

 

Nə qədər ki, Qarabağ klanı bu gün Ermənistanın hərbi və siyasi rəhbərliyində olacaqlarsa, Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə  mümkün deyil. Çünki Qarabağ klanı 90-cı illərdə baş verən hadisələrin dalğasında siyasi hakimiyyətə gəliblər.

Ona görə də Ermənistan cəmiyyəti dərindən düşünməlidir. Ermənilər bilməlidirlər ki, bu gün onlara rəhbərlik edənlər cinayətkarlardır.

 

Sarkisyanlar, Akopyanlar kimdir ki, Ermənistana rəhbərlik edirlər?! Onlar bu gün Ermənistanın inkişafına belə imkan vermirlər, dövləti uçuruma aparırlar.

Sarkisyan bu gün ancaq öz ətrafını möhkəmləndirir və Qarabağ klanındakı ən yaxşı cinayətkarları öz ətrafına yığır. Sarkisyanın bu günkü cinayətkar və kriminal komandasının danışıqlar prosesində konstruktiv mövqe tutacağına inanmaq sadəcə olaraq sadəlövlükdür”- deyə Xocalıdan olan deputat Elman Məmmədov bildirib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?