Modern.az

Bəzi məktəblərdə hazırlıq qrupları ləğv olundu

Bəzi məktəblərdə hazırlıq qrupları ləğv olundu

3 Oktyabr 2016, 16:58

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın bəzi orta məktəblərində məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirib.

 

Modern.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov jurnalistlərə deyib ki, bu proses qruplarına kifayət qədər uşaq yığa bilməyən məktəblərdə dayandırılıb:

 

“Çünki qruplarda uşaqların minimum sayı 15, maksimum isə 30-dur. Kənd yerlərində isə yerli təhsil idarəetmə orqanları ilə razılaşdırmaqla 10-15 uşaqdan ibarət məktəbəhazırlıq qrupları təşkil etmək olar.

 

Bəzi məktəblərin resursları, yəni sinif otaqları çatmadığına görə orada belə qrupların təşkil olunması qeyri-mümkündür. Bəzi təhsil müəssisələrində isə uşaqların sayı az olduğuna görə hazırlıq qruplarının təşkili dayandırılıb”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir