Modern.az

Bakı Dövlət Universiteti jurnalistləri mükafatlandırdı

Bakı Dövlət Universiteti jurnalistləri mükafatlandırdı

1 Noyabr 2009, 15:54

Bakı Dövlət Universiteti (BDU) və Parlament Jurnalistləri Birliyinin bu ali təhsil ocağının 90 illiyi münasibətilə elan etdikləri yazı müsabiqəsinə yekun vurulub. Oktyabrın 31-də BDU-da keçirilən mərasimdə ali təhsil müəssisəsinin rektoru, akademik Abel Məhərrəmov jurnalistlərə göstərdikləri diqqətə görə təşəkkür edib. Modern.az xəbər verir ki, müsabiqəyə 50-dən artıq məqalə təqdim olunub. Münsiflər heyəti onlardan yalnız 9-nu mükafata layiq bilib. Mərasimdə

qalib jurnalistlərə

BDU-nun 90 illiyi münasibətilə buraxılan medal, buklet və pul mükafatı təqdim edilib.

 
 
 

Xətayi Əzizov (AzərTAc) -

“Heydər Əliyev və Bakı Dövlət Universiteti” yazısına görə

Alim Hüseynli (“Olaylar” qəzeti) - “Milli ideologiyamızın formalaşdığı məbəd” yazısına görə

Elşad Paşasoy ("Yeni Müsavat" qəzeti) - "Cümhuriyyətimizin “oğul yadigari"" yazısına görə

 

Əfqan Qafarlı, “Mərkəz” qəzetində dərc etdirdiyi “Şərqin “qoca professoru”

" yazısına görə

 

Xalid Vahidoğlu (“Üç nöqtə” qəzeti) - “BDU elitar təbəqənin formalaşmasında əsl bayraqdardır” yazısına görə

 

 

Aqil Aslan (“Ekspress” qəzeti) - “BDU-Cümhuriyyət yadigarı” yazısına görə

 

Fərəh Sabirqızı (“Modern.az” saytı) - “BDU-da aldığımız dərslər” yazısına görə

 

İlham Məmmədli (“Bütöv Azərbaycan” qəzeti) - “BDU və Bütöv Azərbaycan ideyası" yazısına görə   

 

Nardar Bayramov (“Yeni Azərbaycan” qəzeti) - "Təhsilimizin flaqmanı 90 yaşında" yazısına görə

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi