Modern.az

Qripdən qorunmağın yolları - Həkim MƏSLƏHƏTİ

Qripdən qorunmağın yolları - Həkim MƏSLƏHƏTİ

3 Oktyabr 2016, 18:32

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır.


Qripdən qorunmaq üçün nə etmək lazımdır:

1). Tünlük yerlərdən və xəstələrdən uzaq olmaq;
2). Əlləri tez-tez yumaq;
3). Xəstəni ayrı bir işıqlı və isti otağa yerləşdirmək, otağın temperaturu müsbət 24 dərəcədən 26 dərəcəyə kimi olmalıdır; 
4). Asqıran və öskürən zamanı adi, yaxud gigiyena yaylıqlarından istifadə etmək;

5). Xəstə olan otağının havasını tez-tez dəyişmək, bunu edərkən otağın temperaturunu 18-20 dərəcə səviyyəsində saxlamaq;
6). Xəstələnən uşaqları uşaq bağçasına və məktəbə yollamamaq, həkim çağırıb, yalnız evdə saxlamaq;
7).Effektiv üsullardan biri uşaqların və yaşlı insanların vaksinasiya vasitəsilə immunizasiyasıdır. Qripdən yaxşı müdafiə olmaq üçün vaksin üçün 14 gün lazımdır. İnsanın vaksinə qarşı allergiyası varsa, vaksini istifadə etmək məsləhət deyil. Ümümdünya səhiyyə təşkilatı hər il 83 ölkədən yığılan məlumata əsasən vaksinlər tədqiq edir. Qripə qarşı immunizasiya hər il təkrar olunmalıdır, bunu edərkən yeni vaksinlər istifadə olunmalıdır;
8).Xəstənin ağzına, gözlərinə və burnuna toxunmayın;

• Çox insanlar qripi soyuqdəymə ilə səhv salır, və nəzərə almır ki, qrip ciddi problemlərə qətirib çıxara bilər;

• Qrip soyuqdəymədən belə bir əsas simptomlar ilə fərqlənir: titrətmə, öskürək, qüclü baş ağrısı (sefaleya), yorğunluk və zəiflik.

• Aşpazlar deyir ki, toyuq şorbası qrip ilə mübarizə aparan zaman kömək edir, yəni iltihab prosesini iki dəfə azaldır, öskürəyi və asqırmanı azaldır. Demək lazımdır ki, aşpazların belə bir məsləhətini həkimlər də təsdiq edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir