Modern.az

Günəşdə son dörd ilin ən böyük partlayışı baş verib

Günəşdə son dörd ilin ən böyük partlayışı baş verib

17 Fevral 2011, 12:54

Modern.az saytı xarici mətbuata istinadən bildirir ki, hadisə gecə saat 03:56-da olub. Astronomlar partlayışdan sonra böyük alovların dünyaya doğru istiqamətləndiyini və bunun xəbərləşməyə pis təsir edəcəyini qeyd ediblər.
NASA-nın Solar Dynamic Observatory (SDO) kosmik gəmisi partlayışın baş verdiyi nöqtədən yayılan qalın bənövşəyi radiasiya dalğasını lentə alıb.

İngilis mütəxəssislər geometrik maqnit fırtınası təhlükəsinin olduğunu bildirirək, partlayışın yaratdığı işığın Britaniyanın qərbindən görmək mükün olduğunu bildiriblər.

NASA partlayışın meydana gəldiyi “1158 nöqtəsinin” fəaliyyətinin artıdğını qeyd edib. Mütəxəssislər, Günəşin bir neçə il sürən az aktiv dönəmindən sonra “oyanışa keçdiyini” bildirirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi