Modern.az

Üç azərbaycanlı uşaq əcnəbilərlə evlənən bakılı qadınlara övladlığa verilib

Üç azərbaycanlı uşaq əcnəbilərlə evlənən bakılı qadınlara övladlığa verilib

4 Oktyabr 2016, 11:51

2016-cı ilin 9 ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 3 övladlığa götürmə faktı qeydə alınıb.

 

Bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov məlumat verib. 

 

O bildirib ki, hər 3 uşaq xarici vətəndaşa ərə gedən azərbaycanlı xanımlar tərəfindən övladlığa götürülüb:

“Xanımlardan biri Türkiyə vətəndaşı, ikincisi Rusiya vətəndaşı, üçüncüsü isə Böyük Britaniya vətəndaşı ilə ailə qurub”.

 

S. Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlardan 2-si 10 və 13 yaşlı oğlanlar, digəri isə 4 yaşlı qız uşağıdır.


Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 6 övladlığa götürmə faktı qeydə alınıb.


Ümumilikdə, 2007-2015-cü illərdə 49 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib. Övladlığa uşaq götürənlər arasında Azərbaycan əsilli Rusiya vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edib. 


Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir