Modern.az

59 yaşlı Elçin Şıxlı Azərbaycandan gedəcək? - AÇIQLAMA

59 yaşlı Elçin Şıxlı Azərbaycandan gedəcək? - AÇIQLAMA

4 Oktyabr 2016, 12:11

Bu gün tanınmış jurnalist, uzun müddət “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru olmuş Elçin Şıxlının 59 yaşı tamam olur. O, 1957-ci ildə Bakı şəhərində anadan olub. Elçin Şıxlı 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

2014-cü il avqustun 27-də bağlanmış “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktorunun ad günü ovqatı necədir?

Elçin Şıxlı bu haqda Modern.az-a danışıb.

Deyib ki, çətinliklərə baxmayaraq, ad günü əhval-ruhiyyəsindədir. E.Şıxlının sözlərinə görə, doğum gününü heç vaxt təmtəraqla qeyd etməyib:

“Həmişə  ad günümü ailəm və dostlarımla birlikdə qeyd edirəm və bu mənə daha xoşdur”.

Maraqlıdır, o, geridə qoyduğu 59 ildə daha çox qazanıb, yoxsa itirib?

“Zənnimcə bu 59 il ərzində qazandıqlarım çox olub. Düzdür, itirdiklərim də olub. İstəyərdim ki, atam, anam yanımda olsun. Amma bu, dünyanın işidi, ona qarşı getmək olmur. Bu illər ərzində ən çox qazandığım uğur yaşamağımdır. Çünki bu gün mənə zəng edib təbrik edənlərin sayı daha çoxdur”.


Tanınmış jurnalistin fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin çapını bərpa etmək fikri yoxdur.

“Çünki qəzetin bağlanma səbəbləri hələ də aradan qaldırılmayıb. Yəni bugünki şərait çapın bərpasına imkan vermir”.

Bəs Elçin Şıxlı nə vaxtsa xaricə, məsələn Avropaya mühacirət edə bilərmi?

“Mənim Azərbaycanı tərk etmək barədə heç bir fikrim yoxdur”.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər