Modern.az

Prezidentlərin görüşü haqda rəsmi AÇIQLAMA: Vaxtı və yeri...

Prezidentlərin görüşü haqda rəsmi AÇIQLAMA: Vaxtı və yeri...

Qarabağ

4 Oktyabr 2016, 12:54

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki,, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

 

Onun sözlərinə görə, hazırda növbəti görüşün vaxtı və yeri müəyyən edilməyib.

 

Diplomat onu da xatırladıb ki, həmsədrlər Nyu-Yorkda BMT Baş Assambleyasında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirib.

 

"Görüşlərdə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar, eləcə də gələcək addımlar müzakirə olunub. Ayın sonunda regiona səfərimiz zamanı tərəflərlə görüş keçirməyi və məsələləri müzakirə etməyi planlaşdırırıq",-deyə Uorlik əlavə edib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür