Modern.az

Azərbaycanlı döyüşçünün qalıqları 74 il sonra tapıldı

Azərbaycanlı döyüşçünün qalıqları 74 il sonra tapıldı

4 Oktyabr 2016, 13:20

Rusiyada Böyük Vətən Müharibəsi iştirakçılarının cənazələrinin axtarışı ilə məşğul olan “Dobrovolets Politex” axtarış qrupu Sankt-Peterburq yaxınlarında azərbaycanlı döyüşçünün cənazəsini tapıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Neva çayı yaxınlığında tapılan cəsəd qalıqlarının 1942-ci ilin payızında itkin düşən və əslən Şamaxı rayonunu Dağkolanı kəndindən olan Vəliquliyev İbrahim Abbas oğluna məxsus olduğu üzə çıxıb.

 

Tavriya mehmanxanasında keçirilən mərasimdə İbrahim Vəliquliyevin üzərində tapılan medal və sənədlər Sankt-Peterburqdakı Azərbaycan konsuluna təqdim olunub.       

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır