Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? FOTO

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? – FOTO

Mədəni̇yyət

4 Oktyabr 2016, 16:04

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı çoxdandır ara verdiyi “Oxşarlar" layihəsini davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil. 

Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. İndiyədək yalnız hər ikisi Azərbaycanda yaşayan oxşarlardan bəhs etmişik. Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda tanınıblar.

Adı aradabir şou-biznes qalmaqallarında hallanan məşhur meyxanaçı Namiq Qaraçuxurlunu bu sənəti izləyənlər yaxşı tanıyır. O Namiq ki, bir neçə il xalq artisti Aygün Kazımova ilə duet oxumaqla yanaşı, onunla necə deyərlər sevgi dastanının qəhrəmanı da oldu. Cütlük demək olar ki, qeyri-rəsmi ər-arvad həyatı, başqa sözlə vətəndaş nikahında yaşayırdı. Amma sənət aləminin sevgililəri bu izdivacı uzun müddət davam etdirə bilmədilər və... ayrıldılar.

Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Qaraçuxur qəsəbəsində anadan olub, elə həmin qəsəbədə 104 nömrəli orta məktəbi bitirib.

İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə verib.

1997-ci ildə Şəhriyar adına Mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olub. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.

2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına Mədəniyyət sarayında konsert şəklində keçirilib.
Sonralar o, ölkə miqyasında məşhurlaşıb.

Namiq Qaraçuxurlunun oxşarını da şübhəsiz ki, tanıyanlar çoxdur. Tanıyanlar deyəndə şou-biznes aləmində baş verənləri izləyicilərini nəzərdə tuturuq. İzləməyənlər isə baxıb tanısınlar.  

O da oxşarı kimi meyxana deyəndir. Söhbət öz çevrəsində tanınmış meyxanaçı Elman Məmmədovdan gedir.

Elman Məmmədov 1986-ci ildə anadan olub. Əsas sənəti meyxanaçılıqdır. 10 ildir ki, bu sənətdədir. Deyir ki, hər zaman reklam olunmaqdan çəkinib. Ona görə oxşarı kimi çox da məşhur deyil. Telekanallar bir neçə dəfə onu məhz Namiqə oxşadığına görə, efirə çağrırıblar. O isə Namiqə görə yox, sənətinə görə efirlərdə görünmək istəyir. Bu səbəbdən də əksər təkliflərdən imtina edir.


“Oxşamaqla tanınmaq mənə lazım deyil. Namiqə bənzəməklə gündəmə gəlmək istəmirəm. Artıq bu bənzətmədən də bezmişəm, bu oxşatma məni lap qıcıqlandırır” deyən Elman öz gücünə sənətdə irəliləmək niyyətindədir.

Bir müddət öncə telekanallardan birinə çağrılan Elman Məmmədovla bağlı maraqlı bir hadisə də baş vermişdi. Belə ki, Xəzər TV-nin "5-də 5" verilişinin 8 mart tarixli bayram buraxılışında Xalq artisti Aygün Kazımova Elmanı ilk dəfə görəndə şoka düşüb.
 

Aygün canlı efirdə keçmiş sevgilisi Namiq Qaraçuxurlunun oxşarı olan meyxanaçı Elman Məmmədova yan otağa keçməyi və bundan sonra onun Namiqə oxşayıb-oxşamadığını dəqiq deyəcəyini bildirib. Onun bu sözləri isə tamaşaçılar tərəfindən gülüşlə qarşılanıb.


Namiq Qaraçuxurlu ilə Elman Məmmədovun üz cizgilərində, saç quruluşlarında oxşarlıq çoxdur.

Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..




A.Qorxmaz

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir