Modern.az

Qarabağ danışıqlarında nə gözlənilir?

Qarabağ danışıqlarında nə gözlənilir?

5 Oktyabr 2016, 09:53

 

“Azərbaycan tərəfi  öz ərazi bütövlüyünü təmin edilməsini istəyir. Amma birinci mərhələdə hələ ki, işğal altında olan Dağlıq Qarabağın hüdudundan kənardakı 5 rayonun  geriyə qaytarılması  məsələsi müzakirə edilə bilər”

 

Bunu  Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

O bildirib ki, Ermənistan Dağlıq Qarabağa keçici statusun verilməsi məsələsini irəli sürür.

“Keçici statusun verilməsi də o deməkdir ki, bu, Dağlıq Qarabağın gələcəkdə  daha yüksək statusuna hazırlıq mərhələsidir. Azərbaycan tərəfi də buna razılıq vermir. Ona görə də tərəflər arasında razılaşdırılmayan məqamlar var”.

Politoloq 5 rayonun qaytarılması ilə yanaşı Laçın və Kəlbəcər məsələsində də ermənilərin çox cığallıq etdiyini qeyd edib.

 

“Onları geri qaytarmaqda müəyyən əngəllərin olduğunu deyirlər. Buna misal olaraq Laçın dəhlizinin bir əngəl kimi göstərirlər. Bu nöqteyi-nəzərdən də tərəflər arasında kəskin fikir ayrılığı olduğunu demək olar”.

 

Qabil Hüseynli  ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabr ayının ikinci yarısında bölgəyə səfər edəcəyini və  bu zaman bir neçə görüşlərin keçiriləcəyini də  bildirib.

O , görüş xatirinə prezidentlərin görüşünün keçirilməsinin mümkünsüz olduğunu deyib.

 

“Görüşün baş tutmağı üçün nəyisə müzakirə edib, razılaşdırmaq lazımdır. Buna da Ermənistan tərəfi həmişə mane olur. Konstruktiv davranmır”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub