Modern.az

“Naxçıvan Kredit” BAĞLANDI

“Naxçıvan Kredit” BAĞLANDI

5 Oktyabr 2016, 14:29

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası sentyabrın 30-da “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyasını ləğv edib.

 

Bu haqda Palatadan Modern.az-a verilən məlumatda bildirilib.

 

Bildirilib ki, “Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq Palataya müraciət olunub.

 

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilib.

 

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələrin verilməsinə dair qərar qəbul edib.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır