Modern.az

Azərbaycanda evlənmək istəyən 59 cütlük nikahdan öncə AYRILIB

Azərbaycanda evlənmək istəyən 59 cütlük nikahdan öncə AYRILIB

Hadisə

5 Oktyabr 2016, 17:42

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində nikaha daxil olmaq istəyən 110 min nəfər üzərində tibbi müayinə aparılıb. Onların 3597 nəfərində talassemiya daşıyıcılığı aşkarlanıb.

Modern.az xəbər verir ki, bunu Baş hematoloq Çingiz Əsədov “Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusuna həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə,  müayinədən keçən 71 cütlüyün hər ikisi talassemiya daşıyıcısı olub:


“Bu cütlüklərə daxil olan qadınların 12-də hamiləlik olub. Həmin qadınlarda aparılan müayinələr zamanı doğulacaq uşaqların 1-nin sağlam, 8-nin talassemiya daşıyıcısı, 3-nün isə xəstə olduğu məlum olub. Buna görə də 3 qadının bətnindəki döl abort vasitəsilə götürülüb”.

 

Baş hemotoloq deyib ki, cütlüklərin 59-u arasında ailə qurmamaq qərarına gələnlər olub.

O eyni zamanda analiz nəticələrinin qarışıq düşmə ehtimalına da aydınlıq gətirib:

“Sınaq şüşələrinin bir-birinə qarışması ehtimalı var idi. Lakin Səhiyyə Nazirliyinin xüsusi proqram təminatı vasitəsilə ştrix kodlar hazırladıq. Bu kompüter proqramı sayəsində bu gün sınaq şüşələrinin bir-birinə qarışması, onların səhv düşməsi heç cür mümkün deyil".

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir