Modern.az

Samir Şərifov ABŞ-a niyə gedir?

Samir Şərifov ABŞ-a niyə gedir?

6 Oktyabr 2016, 10:49

6-9 oktyabr 2016-cı il tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək.

Modern.az xəbər verir ki, toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri ilə bağlı diskussiya olacaq.

 

Həmçinin yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağırışlarla bağlı müzakirələr aparılacaq.

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi