Modern.az

Deputat bağçaların Təhsil Nazirliyinə verilib-verilməyəcəyindən DANIŞIB

Deputat bağçaların Təhsil Nazirliyinə verilib-verilməyəcəyindən DANIŞIB

Təhsil

6 Oktyabr 2016, 15:27

“Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanır. Bu qanun layihəsində məktəbəqədər təhsil müəssisələrinin funksiyaları ilə bağlı geniş məsələlər öz əskini tapıb”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

O, bağçaların İcra hakimiyyətlərinin tabeliyindən alınıb yenidən Təhsil Nazirliyinə verilməsi məsələsinə də toxunub:

 

“Bağçaların hansı icra hakimiyyətinin subyekti olması qanunvericiliyin subyekti deyil. Bu məsələ birbaşa olaraq ali icra hakimiyyəti orqanın qərarı və sərəncamı ilə həll olunur.

Ölkə başçısı hara məsləhət bilsə, bağçalar da o icra hakimiyyəti orqanına tabe olacaq. Bu, bütün dünya təcrübəsində də belədir.

Ümid edirik ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi tam hazır olub qəbul edildikdən sonra məktəbəqədər təhsil sahəsində olan mövcud boşluqlar və problemlər aradan qalxacaq”-deyə İ.Həbibbəyli bildirib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür