Modern.az

“Səba” 50 işçisini öz hesabına məzuniyyətə göndərdi

“Səba” 50 işçisini öz hesabına məzuniyyətə göndərdi

İqtisadiyyat

6 Oktyabr 2016, 17:26

“Səba” ASC bəzi işçilərini öz hesabına məzuniyyətə göndərməsi ilə bağlı qərarına dair açıqlama verib. Şirkətdən Modern.az-a bildirilib ki, quş əti, süd məhsulları, dərin emal, əkinçilik məhsulları istehsal edən 5 müəssisədən ibarət “Səba” Açıq Səhmdar Cəmiyyətində 1150 işçi çalışır. Şirkətin əsas istehsal istiqaməti olan quş əti istehsalı müəssisəsinin ziyanla işləməsinə baxmayaraq, 9 aylıq birləşmiş hesabata görə, Səhmdar Cəmiyyəti 2 milyon manatdan yuxarı mənfəət əldə edib.

 

“Xammal və materialların qiymətinin qalxması səbəbindən ziyanla çalışan quş əti istehsalı müəssisəsini rentabelliyə çıxarmaq məqsədilə, şirkət inzibati xərclərin azaldılması qərarına gəlib. Bu da quş əti istehsalında çalışan işçilərdən 50 nəfərin öz hesabına 3 aylıq məzuniyyətə göndərilməsi qərarı olub. Quş əti istehsalı müəssisəsinin 500 manatdan yuxarı əməkhaqqı alan inzibati heyətinin maaşı isə mənfəətə bağlı sistemə keçirilib”,-deyə ASC-dən bildiriblər.

Şirkət bəyan edib ki, “Səba” quş əti istehsalı sahəsində 800 nəfərdən yuxarı işçi çalışır. Ötən 9 ayda müəssisənin rentabelliyinin düşməsinə baxmayaraq, 1 nəfər də işdən azad edilməyib.

 

Öz hesabına məzuniyyətin vaxtının belə müəyyənləşdirilməsi məsələsinə də şirkət aydınlıq gətirib. Səhmdar Cəmiyyətdən bildirilib ki, Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə dəyişikliklərlə bağlı 23 sentyabr 2016-cı il tarixli qərarı şirkətin satış həcminə yaxın vaxtlarda müsbət təsir göstərəcək. Bu da quş əti istehsalı müəssisəsinin yaxın aylarda rentabelliyə çıxmasına və “Səba”nın öz hesabına məzuniyyətə göndərilmiş işçilərinin yenidən öz iş yerlərinə qayıtmasına səbəb olacaq.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır