Modern.az

Neft hasilatçıları İstanbula toplaşır

Neft hasilatçıları İstanbula toplaşır

6 Oktyabr 2016, 20:28

OPEC üzvləri və təşkilata üzv olmayan bir sıra neft hasil edən ölkələr gələn həftə İstanbulda yenidən toplanaraq hər bir ölkənin yeni kvotasının müəyyən edilməsi ilə bağlı müzakirələr aparacaq. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bunu Əlcəzairin energetika naziri Nurəddin Buterfa bildirib. O deyib ki, görüşün oktyabrın 13-dək keçirilməsi gözlənilir.

Xatırladaq ki, bu il sentyabrın 26-28-də Əlcəzairdə OPEC təşkilatı üzvləri ölkələrin qeyri-formal sammitində neft hasilatının azaldılması barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, OPEC üzvləri gündəlik hasilatı cari 33,2 mln barel/gündən 32,5-33 mln. barelə qədər azaldacaq. Bu il noyabrın 30-da Vyana şəhərində keçiriləcək OPEC-in rəsmi sammitinə qədər təşkilata üzv olan və digər neft hasil edən ölkələrin hasilat kvotalarının müəyyənləşdirilməsi planlaşdırılıb. Məhz gələn həftə İstanbulda keçiriləcək görüşün səbəbi bununla bağlıdır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir