Modern.az

İqtisadiyyatdan yazan yeni xəbər saytı açıldı

İqtisadiyyatdan yazan yeni xəbər saytı açıldı

Media

7 Oktyabr 2016, 11:20

“Fairmont Baku” mehmanxanasında ZZ Group şirkətinin təsis etdiyi FED.AZ (Finance, Economics, Development) - iqtisadi, biznes və maliyyə yönümlü xəbər saytının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbir zamanı FED.AZ saytının məram və məqsədləri, fəaliyyəti və inkişaf prinsipləri haqqında dəvətlilərə məlumat verilib.

Açılış nitqində saytın əsas məqsədinin operativ xəbərlər saytı olaraq özünü doğrultmaq, maliyyə bazarlarını online rejimdə izləmək və daim baş verənlərdən xəbərdar olmaq, menecerlər üçün faydalı bir portal rolunu oynamaq, həmçinin elmi-akademik işlərin, məqalələrin, tezislərin və s. bu kimi sənədlərin, kitabların bazasını yaratmaq olduğu bildirilib.

FED.AZ-ın hədəf auditoriyasına əsasən biznes, iqtisadiyyat və maliyyə analitikası ilə, eləcə də ölkədə və dünyada baş verən gündəlik hadisələrlə maraqlanan müxtəlif yaş qruplarından olan insanların daxil olduğu bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür