Modern.az

Amerika şəhəri Qarabağın "müstəqilliyini" tanıdı

Amerika şəhəri Qarabağın "müstəqilliyini" tanıdı

7 Oktyabr 2016, 11:51

Amerikanın Denver şəhəri qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı verilən bəyannaməni şəhərin meri Maykl Henkok elan edib.

Sənəddə şəhər administrasiyası Ermənistana və işğal altındakı torpaqlarda yaradılan separatçı quruma dəstək verməkdə davam edəcəklərini deyib.

 

Bəyannamə yerli erməni diasporunun təsiri ilə qəbul olunub.

Xatırladaq ki, Denver şəhəri Kolorado ştatının ən böyük şəhəri  və inzibati mərkəzidir. Şəhər əhalisi ətraf ərazilərlə birlikdə 2,7 milyon nəfərə çatır.

 

Vüqar İSMAYILOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir