Modern.az

Türkiyə Gülənlə bağlı Bakıya yeni sənədlər göndərdi

Türkiyə Gülənlə bağlı Bakıya yeni sənədlər göndərdi

7 Oktyabr 2016, 14:43

 

Türkiyə Ali Məhkəməsi fətullahçılara qarşı cinayət işləri aparan Azərbaycana çox mühüm sənədlər göndərib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, sənədlərdə Fətullah Gülənin “Hizmət” təşkilatının TANAP kimi enerji layihələrini necə hədəf almasını göstərən Milli İstihbarat Təşkilatının (MİT) hesabatı var.

 

Azərbaycan Baş Prokurorluğuna göndərilən həmin hesabatda fətullahçıların türk dövlətlərində necə təşkilatlandığı və Azərbaycanın bu terror təşkilatı üçün ən kritik mövqe daşıdığı yazılıb.

 

MİT hesabatında fətullahçıların Azərbaycanda və digər ölkələrdə enerji layihələrini necə yönləndirməyə çalışması göstərilib.

 

Ötən günlərdə Baş Prokurorluğa göndərilən sənədlərdə FETÖ-nün Azərbaycanda təhsil quruluşu üzrə azı 28 təşkilatlanmasının olduğu vurğulanıb.

 

Sənədlərdə FETÖ üzvü olduğu üçün haqlarında axtarış qərarı çıxarılan və Türkiyəyə ekstradisiyası tələb edilən FETÖ-çülərin siyahısı da var.

 

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?