Modern.az

Ləman Ələşrəfqızı incik danışdı: “Düz deyiblər ki, 2 nəfərin bildiyi sirr, sirr deyil”

Ləman Ələşrəfqızı incik danışdı: “Düz deyiblər ki, 2 nəfərin bildiyi sirr, sirr deyil”

8 Oktyabr 2016, 11:32

ANS  telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızına yeni vəzifə verilib.

Xanım jurnalist “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə mətbuat katibi təyin olunub. Artıq sosial şəbəkələrdə xeyli vaxtdır işsiz olan xanım jurnalistə ard-arda təbriklər ünvanlanır. L.Ələşrəfqızı isə təbriklərə cavab verməyə tələsmir.

Məsələ ilə bağlı  Modern.az saytı Ləman Ələşrəfqızı ilə əlaqə saxlayıb. Ləman Ələşrəfqızı “Azərxalça” ASC-yə mətbuat katibi təyin olunmasını təkzib etməyib.

“Jurnalistlər bu məsələdə bir az tələsib. Çünki bir-iki həllini tapmamış məsələ qalırdı ki, onu da aradan qaldırmaq lazım idi”.

Xanım jurnalist bu məsələdə dostlarından incikliyini də gizlətməyib.

“Düz deyiblər ki, iki nəfərin bildiyi sirr, sirr deyil”.

Ləman Ələşrəfqızı ANS telekanalını televiziyanın fəaliyyəti dayandırılmazdan təxminən bir ay əvvəl - bu il uyunun 16-da qalmaqalla tərk edib. O, ANS-in vitse-prezidenti Seyfulla Mustafayevlə dalaşmışdı. 

 


Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?