Modern.az

Xəzərdə balıqçı batıb

Xəzərdə balıqçı batıb

9 Oktyabr 2016, 11:10

Bakının Xəzər rayonunda dənizdə 1 nəfər batıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanıb.

 

09 oktyabr 2016-ci il tarixində 1962-ci il təvəllüdlü, Rəqibov Xalıq Sabir oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 09:35-də başa çatıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...