Modern.az

BDU-da təltif olunan jurnalistlərin tam siyahısı və fotosessiya

BDU-da təltif olunan jurnalistlərin tam siyahısı və fotosessiya

18 Fevral 2011, 16:45

Xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin internet saytının (www.press.bsu.edu.az) təqdimatı və “Bakı Dövlət Universitetinin dostu” mükafatının qaliblərinin təltifetmə mərasimi keçirilib. Qeyd edək ki, BDU-nun Mətbuat və informasiya şöbəsinə 2010-cu ilin mart ayından Pərvanə İbrahimova rəhbərlik edir. Şöbənin mütəxəssisləri isə Fatimə Dursunova, Nigar Balcanova, Məryəm Mehdiyeva və Lətif Mustafayevdir. Bu günkü mərasimə toplaşanları akademik Abel Məhərrəmov salamlayıb və çıxış edib. Saytın təqdimatını isə Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova edib. Mətbuat şurasının sədri Əflatun Amaşov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, ANS-in vise prezidenti Mirşahin Ağayev çıxış edərək təbriklərini səsləndiriblər. Modern.az təltif olunanların siyahısını və mərasimdən fotossesiyanı təqdim edir.

 

1. Arif Alışanov - Azərbaycan Respublikasının Televiziya və Radio Verilişləri QSC-nin sədri

2. Vahid Mustafayev - ANS şirkətlər qrupunun prezidenti

3. Əflatun Amaşov - Mətbuat Şurasının sədri

4. Aslan Aslanov - AzərTAc-ın baş direktoru

5. Bəxtiyar Sadıqov - «Azərbaycan» qəzetinin baş redaktoru

6. Vüqar Rəhimzadə - «İki Sahil» qəzetinin baş redaktoru

7.  Rəşad Məcid - «525-ci qəzet»in baş redaktoru

8. Vüsalə Mahirqızı - APA İnformasiya Agentliyinin baş direktoru

 

 

 

 

Fəaliyyət göstərdikləri Kütləvi İnformasiya Vasitələrində BDU haqqında obyektiv və davamlı yazılarına  görə təltif olunurlar

 

             1.         Etibar Bağırov - «Nedelya» və «Komsomolskaya pravda-Baku» qəzetlər qrupunun sədri 

2.         İbrahim Əsədov - AzərTAc-ın əməkdaşı 

3.         Elşad Eyvazlı - Modern.az xəbər saytının baş redaktoru

4.         Natiq Məmmədli - «Kaspi» qəzetinin baş redaktoru

5.         İlqar Rüstəmov -  «Xalq qəzeti»nin əməkdaşı

6.         Ramil Vəlibəyov- «Yeni Azərbaycan» qəzetinin əməkdaşı

7.         Atif Eyvazov - «Azadinform» İnformasiya Agentliyi nin əməkdaşı

8.         Teymur Hacıyev - Trend İnformasiya Agentliyinin əməkdaşı

9.         Pərvin Abbasov- APA İnformasiya Agentliyinin əməkdaşı

10.       Aqil Aslan - «Ekspress» qəzetinin əməkdaşı

11.       Könül Cəfərova - «Səs» İnformasiya Agentliyinin əməkdaşı

12.       Rəhman Hacıyev - 1News İnformasiya Agentliyinin baş redaktoru

13.       Elşad Paşasoy - «Yeni Müsavat» qəzetinin əməkdaşı

14.       “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Şamxəlil Məmmədov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi