Modern.az

Elçibəyin oğlu: “İldə bir dəfə Kələkiyə gedirəm”

Elçibəyin oğlu: “İldə bir dəfə Kələkiyə gedirəm”

10 Oktyabr 2016, 09:09

“İşlərim qaydasındadır. Səhərlər durub hər kəs kimi işimə yollanıram. Elə bir ciddi çətinliyimiz də yoxdur. İldə bir dəfə atamın doğulduğu Kələkiyə baş çəkirəm”. Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

 

Ərturqut Əliyev həmişəkindən fərqli olaraq, nədənsə, toyunun gecikməsi ilə bağlı konkret nəsə danışmaq istəmədiyini dilə gətirib.

 

“Vaxtaşırı toyumla bağlı mətbuata məlumat vermişəm. Bir neçə dəfə toyun tarixi bəlli olsa da, toy məsələsi  təxirə düşüb. İndi isə toyumun nə vaxt olacağı barədə danışmaq istəmirəm. Təəssüf ki, sizə “məhərrəmlikdən sonra toy etməyi düşünürəm” kimi məlumat da verə bilməyəcəm. Ümumiyyətlə, o mövzuya toxunmağınızı istəməzdim”.

 

Mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi məsələsinə gəlincə, Ərturqut Əliyev bunun tezliklə həll olunacağına ümid etmədiyini deyib.

 

“Bu işlə əmim məşğul olur. Müraciət də edib. Amma, bu, vaxt aparan işdi. Qısa vaxtda həll olunacağına inanmıram”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!