Modern.az

Bu gün AŞPA-da azərbaycanlı hakimin məsələsinə baxılacaq

Bu gün AŞPA-da azərbaycanlı hakimin məsələsinə baxılacaq

Aktual

10 Oktyabr 2016, 09:17

 

 Bu gün AŞPA-nın büro iclasında Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq.

 

APA-nın məlumatına görə, büroda AŞPA qiymətləndirmə missiyasının sentyabrın 26-da Azərbaycanda keçirilən referendumla bağlı ilkin qiymətləndirməsi və Venesiya Komissiyasının ilkin rəyi də müzakirə olunacaq.

 

Qeyd edək ki, AŞPA-nın Avropa İnsan Haqları Məhkəməsinə Hakimlərin seçilməsi komitəsi ən uyğun namizəd kimi Lətif Hüseynovun seçilməsini tövsiyə edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir