Modern.az

Gürcüstan parlamentində 3 partiya təmsil olunacaq

Gürcüstan parlamentində 3 partiya təmsil olunacaq

10 Oktyabr 2016, 10:36

Gürcüstan parlamentində üç partiyanın təmsil olunacağı dəqiqləşib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, proporsional sistem üzrə səsvermə ilə bağlı seçki məntəqələrinin 92 faizində səslərin sayılmasından sonra partiyalar belə sıralanıb:

“Gürcü arzusu” – 48,6 faiz

“Vahid Milli Hərəkat” – 27,14 faiz

“Vətənpərvərlər alyansı” – 5 faiz.

Baryeri keçməkdən ötrü tələb olunan 5 faizlik minimal həddə səs toplayan “Vətənpərvərlər alyans”ı yeni parlamentdə 6 deputatla fraksiya formalaşdıra biləcək.

 

Majoritar sistem üzrə səsvermənin nəticələrinə gəldikdə, ilkin məlumata görə, 50-53 birmandatlı dairədə ikinci tur keçiriləcək. Bu səsvermə noyabrın 2-nə təyin olunub.

Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçirilib.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?