Modern.az

Devalvasiyadan sonra psixoloqlara müraciət edənlərin sayı artıb

Devalvasiyadan sonra psixoloqlara müraciət edənlərin sayı artıb

Aktual

10 Oktyabr 2016, 11:23

Azərbaycanda devalvasiyadan sonra psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı artıb.

 

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib ki, devalvasiyadan sonra psixoloji müayinə üçün mərkəzə müraciət edən kişilərin sayında 30-40 faiz artım qeydə alınıb.

 

Onun sözlərinə görə, son zamanlar daha çox gənclər, xüsusilə  25-30 yaşlı şəxslər mərkəzə müraciət edir: “Onların həyat tərzi ilə bağlı stress keçirdiklərini güman edirik. Sonuncu iqtisadi böhran vəziyyətindən sonra bu hal daha da artıb. Səbəblər arasında ailə münaqişələri də var”.

 

R.Salayev qeyd edib ki, ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!