Modern.az

MDB-nin miqrasiya rəhbərləri Bakıya toplaşır

MDB-nin miqrasiya rəhbərləri Bakıya toplaşır

10 Oktyabr 2016, 11:28

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 19-cu iclası keçiriləcək.

Bu barədə Modern.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumata görə, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının oktyabrın 12-də Bakıda keçiriləcək 19-cu iclasının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti, “MDB iştirakçı dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası, MDB iştirakçı dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və qeyd edilən məlumat bazasının Əsasnaməsinin işlənilməsi, vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycanın təcrübəsi, MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qayadada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi, mqrasiya sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti ilə bağlı məsələlər müzakirə olunacaq.

Xidmətdən bildirilib ki, iclasda eyni zamanda Belarus miqrasiya orqanlarının ölkədə yaşamanın leqallaşdırılmasının bir üsulu kimi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin saxta nikahlarının aşkarlanması təcrübəsi, MDB iştirakçı dövlətlərdə əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərin realizasiyasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi də müzakirə predmeti olacaq.

Bundan başqa, iclasda aşkar edilmiş qanunsuz miqrasiya kanalları, MDB iştirakçı dövlətlərin miqrasiya sahəsində üçüncü ökələrlə bağladığı beynəlxalq sazişlər, pasportların, giriş vizaların, MDB iştirakçı dövlətlərin ərazisinə giriş-çıxış və ölkədə olma zamanı istifadə edilən digər sənədlərin texniki və digər mühafizəsi üsullarının təkmilləşdirilməsi təcrübəsi, MDB iştirakçı dövlətləri vətəndaşlarının qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına dair təcrübə, MDB iştirakçı dövlətlərin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərinin vahid uçot sisteminin yaradılması işinin gedişi, MDB üzv dövlətlərinin miqrasiya sahəsində əməkdaşlığa dair hüquqi aktlarının inventarlaşdırılması da müzakirələr zamanı diqqət mərkəzində olacaq.

Həmçinin, MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2017-ci ilin iş planı, Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2017-2018-ci illər üçün iclaslarının keçirilmə cədvəli, MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında 2017-ci ildə sədrliyi, MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti iclasının gündəliyi, keçirilmə tarixi və yeri haqqında mövzular da müzakirə olunacaq.

İclasda MDB İcraiyyə Komitəsinin İcraçı katib Sergey Nikolayeviç Lebedev, Rusiya Federasiyası Daxili işlər nazirinin birinci müavini Aleksandr Vladimiroviç Qorovoy, Tacikistanın Əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Said Taqoyzodan, Belarusun Daxili işlər nazirinin müavini Nikolay Aleksandroviç Melçenkon, Türkmənistanın Dövlət Miqrasiya Xidməti rəisinin müavini Mered Meredov, Qazaxıstanın Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi sədrinin müavini Aslan Jumaqaliyeviç Karjaubayev, Qırğızıstanın Miqrasiya üzrə Dövlət Xidmətinin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Çingiz Abdusataroviç Sarıbeyovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcəklər.

Eyni zamanda, iclasda MDB Parlamentlərarası Assambleyası, Ümum Həmkarlar İttifaqları Konfederasiyası, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatından da nümayəndələrin qeyd edilən tədbirdə iştirak etmələri planlaşdırılıb.

Qeyd edək ki, MDB üzv ölkələrinin Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli Qərarı əsasında yaradılıb. MORŞ-un tərkibinə - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Tacikistan, Özbəkistan, Ermənistan Respublikaları və Rusiya Federasiyasının miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir. Azərbaycanı Şurada Dövlət Miqrasiya Xidməti təmsil edir. Şura çərçivəsində ildə iki dəfə görüşlər keçirilir.

Şuranın iclaslarında əsasən üzv dövlətlərdə miqrasiyanın vəziyyəti, MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının qərarlarının icrası və miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunur. Qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində üzv ölkələrdə tətbiq olunan yeni metodlar, mövcud qabaqcıl təcrübələr, həmçinin qanunvericilik bazası barədə geniş məlumat mübadiləsi aparılır və qərarlar qəbul edilir. Şuranın 8-ci iclası 2010-cu il sentyabrın 28-dən 30-dək Bakıda keçirilib.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?