Modern.az

Nardaran işinin ibtidai istintaqı başa çatdı

Nardaran işinin ibtidai istintaqı başa çatdı

10 Oktyabr 2016, 11:30

 

2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan bir neçəsinin işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az xəbər verir ki, bunlar Zülfüqar Mikayılov, Elman Ağayev və digərləridir.

 

Məlumata görə, vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.

 

Noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman Birliyi” adı altında qanunuz fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2 polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb.

 

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.

 

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!