Modern.az

Putinlə Ərdoğan bu gün görüşəcək

Putinlə Ərdoğan bu gün görüşəcək

10 Oktyabr 2016, 11:55

Bu gün Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında görüş baş tutacaq.

 

Modern.az xarici  KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Rusiya tərəfindən Türkiyəyə tətbiq olunan viza rejimin ən azından iş adamları üçün asanlaşdırılması,  təyyarə böhranından sonra Rusiya başda meyvə-tərəvəz olmaqla türk ərzaq məhsullarına və  şirkətlərinə tətbiq etmiş məhdudiyyətlərin aradan qaldırılması müzakirə olunacaq.

 

Həmçinin İstanbulda keçirilən Beynəlxalq Energetika Konqresi çərçivəsindəki tədbirdə Putin çıxış da edəcək.

Qeyd edək ki, Ümumdünya Energetika Konqresi oktyabrın 9-13-ü tarixlərində İstanbulda baş tutacaq.

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir