Modern.az

İraq baş naziri Türkiyəni hədələdi

İraq baş naziri Türkiyəni hədələdi

10 Oktyabr 2016, 11:59

İraq Baş naziri Heydər əl İbadi, Türkiyə qarşı hədələyici açıqlamalarını davam etdirir.

 

Türk əsgərlərinin Mosul yaxınlığındakı Başika hərbi bazasında yerləşməsi səbəbilə Ankara ilə Bağdad arasında yaşanan gərginlik davam edir.

 

Modern.az xarici KİV-ə istinadən  xəbər verir ki, İraq Baş naziri İbadi, Kərbəla ziyarəti zamanı Mosul əməliyyatı ilə əlaqədar açıqlama verib. O, “Türkiyənin Mosul əməliyyatına qatılmasına heç bir şəkildə icazə verməyəcəyik” xəbərdarlığını edib.

 

Başikadakı türk əsgərləri mövzusunda isə bu ifadələrdən istifadə edib.

 

“İraq sərhədlərində olan türk hərbi qüvvələrinə yerlərindən tərpənməməyi məsləhət görürük”.

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir