Modern.az

Hacı Əbdüldən referenduma DƏSTƏK

Hacı Əbdüldən referenduma DƏSTƏK

10 Oktyabr 2016, 12:26

Bu ilin sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirildi. Səsvermənin nəticələrinə görə, seçicilərin böyük əksəriyyəti gözlənilən dəyişiklikləri müsbət qiymətləndirib.


“Vətən Naminə” Birliyinin sədri, tanınmış din xadimi Hacı Əbdül Əbdülov Modern.az-a açıqlamasında referendum aktını şərh edib.

O deyib ki, bu referendum çox vacib idi və vaxtında keçirildi. Onun sözlərinə görə, ümumxalq səsverməsini mütləq mənada dəstəkləyir.

 

“Bu referendum aktında bəzi məsələlər qoyulub. Bunlar gələcəkdə Azərbaycanın iqtisadiyyatını, siyasətini daha da inkişaf etdirəcək. Ən mühüm məsələlərdən biri də vitse-prezidentlik institutunun yaradılmasıdır. Ölkəmizdə vitse-prezident elə biri olmalıdır ki, onu dünya tanımalıdır. Onun dünya miqyasında hörməti və fəaliyyəti olmalıdır. Onun beynəlxalq aləmdə baş verən proseslərə xüsusi münasibəti olmalıdır. Əlbəttə ki, belə şəxslər çoxdur”.

 

Aqşin Kərimov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?