Modern.az

Bakıda daha bir jurnalistin evini yardılar

Bakıda daha bir jurnalistin evini yardılar

Media

10 Oktyabr 2016, 13:06

Bakıda jurnalistin evini yarıblar.

Modern.az-ın xəbərinə görə, evi yarılan jurnalist AzTV-də efirə gedən “Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəri Aydın Piriyevdir.

A.Piriyev dünən gecə saat 00:12-də sosial şəbəkə vasitəsilə bildirib ki, Yasamal rayonunda yerləşən evini naməlum şəxslər qarət edib:

“Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb.

Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar.

Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

 

Ağa AKİFOĞLU

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?