Modern.az

BANM tələbələrinə sertifikatlar verdi

BANM tələbələrinə sertifikatlar verdi

10 Oktyabr 2016, 13:22

“SOCAR-AQŞ”-də keçirilən Yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində BANM-in rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat təcrübə proqramları tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır.

 

O, deyibki, “SOCAR-AQŞ”-də təcrübə keçmək imkanı qazanan tələbələr çox şanslıdırlar, çünki onlar milli qazma sənayesində özünəməxsus yeri olan və bu sahədə vaxtaşırı yeniliklər tətbiq edən bir müəssisədə iş prosesi ilə yaxından tanış olublar. Bu da tələbələrə yeni texnika və texnologiyaların tətbiqi, qurğulara nəzarət və idarəetmə sistemlərinin işi, texnoloji proseslər, quyu tikintisi proseslərini əyani görmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanlar verir. Elmar Qasımov “SOCAR-AQŞ”-nin rəhbərliyinə tələbələrin müəssisə də təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

 

“SOCAR-AQŞ”-nin Baş direktoru Ramin İsayev bildirib ki, iki aylıq təcrübə proqramı çərçivəsində vaxtaşırı olaraq müəssisədə təcrübə keçən tələbələrlə görüşüb. Baş director proqramın gedişatı və tərtibolunan tədbirlər planı haqqında tələbələrin münasibətlərini öyrəndiyini deyib. Ramin İsayev tələbələrin proqramda həvəslə iştirak etmələri, məsuliyyətli davranışları və təhkim olunduqları sahələrə dair müxtəlif təqdimatlar hazırlayaraq qrup sessiyaları təşkil etmələrindən məmnunluğunu bildirib. 

 

Qeydedəkki, Bu il “SOCAR-AQŞ”-də yay istehsalat təcrübəsinə 425 tələbə müraciət edib. Onlardan 109 nəfəri müsabiqələrə buraxılıblar.  Yekunda 17 nəfər təcrübəçi olmaq şansını əldə edib. 17 nəfərdən 3-ü BANM-in tələbəsidir. Beləki, 2 tələbə “Kimyamühəndisliyi”, 1 nəfərisə, “Neft-qazmühəndisliyi” ixtisası üzrə təhsil alır.

 

 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?