Modern.az

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: “Məscidlərin ətrafında...”

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: “Məscidlərin ətrafında...”

10 Oktyabr 2016, 13:25

Oktyabrın 12-də Azərbaycanda qeyd olunacaq Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində məcsidlərin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət gücləndiriləcək.

 

Bu haqda Modern.az-a məlumat verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərə müraciət edib:

 

“Sürücüləri diqqətli olmağa çağırırıq. Tövsiyə edirik ki, mümkün qədər şəxsi avtomobillərdən imtina etsinlər. Məscidlərin ətrafında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, tıxacların yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub