Modern.az

 Gürcüstan parlamentinin azərbaycanlı deputatları: “Azərbaycandan təbrik edən olmayıb”

 Gürcüstan parlamentinin azərbaycanlı deputatları: “Azərbaycandan təbrik edən olmayıb”

Aktual

10 Oktyabr 2016, 15:21

Gürcüstanda keçirilmiş parlament seçkilərində 3 nəfər azərbaycanlı deputat seçilib. Modern.az saytı Gürcüstan parlamentində təmsil olunacaq soydaşlarımızla əlaqə saxlayıb.

Hakim “Gürcü azusu” partiyasından proporsional seçki siyahısı ilə qalib gələn Mahir Dərziyev təəssüratlarını belə bölüşüb.

“Gürcüstan parlamentinə ikinci dəfədir ki, deputat seçilirəm. Azərbaycanın tanınmış insanları, siyasətçilər arasında çoxlu təbrik edənlər var. Deputat fəaliyyətim boyu xalqıma, vətənimə layiqli xidmət etməyə çalışacağam. Deputatın fəaliyyətində hansı qaydalar varsa, mən də ona uyğun olaraq işimi quracam. Gürcüstan azərbaycanlılarının problemlərini həll etməyə səy göstərəcəm”.

 

Ruslan Hacıyev də deputat fəaliyyəti boyu Gürcüstan azərbaycanlılarının problemlərini işıqlandıracağını deyib.

“Gürcüstan parlametinə deputat seçilməyim münasibətilə hələ ki Azərbaycandan təbrik edənlər olmayıb. Nəticələr yeni elan olunub. Yəqin ki, təbrik edənlər olacaq. Eyni zamanda, mənə edilən etimadı hər zaman doğrultmağa çalışacağam. Gürcüstanda yaşayan azərbaycanlıları parlamentdə təmsil edəcəm. Onların problemlərini, müraciətlərini parlamentdə işıqlandırmağa çalışacam”.

 

 Hakim “Gürcü arzusu” partiyasından namizədliyi irəli sürülən Savalan Mirzəyev isə baş nazirin milli məsələlər üzrə köməkçisidir.

“Birinci dəfədir ki, deputat seçilirəm. Bu vaxta qədər baş nazir İrakli Kvirikaşvilinin milli məsələlər üzrə köməçisi olmuşam. Amma deputat seçildiyimə görə bu vəzifəni icra edə bilməyəcəm. Çünki qanunvericilik buna yol vermir. Bir gənc deputat olaraq Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə kömək etməyə çalışacam. Düşünürəm ki, bu işlərin də öhdəsindən layiqlə gələ biləcəm. Təbrik edən bütün dostlara da öz təşəkkürümü bildirirəm”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır