Modern.az

İlham Əliyev Dünya Enerji Konqresində iştirak edir

İlham Əliyev Dünya Enerji Konqresində iştirak edir

10 Oktyabr 2016, 15:31

Bu gün İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi çərçivəsində prezidentlərin iştirakı ilə xüsusi sessiya işə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sessiyada iştirak edir.

Konqresin iclasında 85 ölkədən 10 min nümayəndə, o cümlədən Azərbaycan, Rusiya, Venesuela, Türkiyə prezidentləri, Rusiya və Səudiyyə Ərəbistanı energetika nazirləri, OPEK-in baş katibi Məhəmməd Barkindo, Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç iştirak edirlər.

Dünya Enerji Konqresi oktyabrın 9-da işinə başlayıb və oktyabrın 13-dək davam edəcək.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir