Modern.az

Parlament seçkisini müşahidə edən deputat: “Saakaşvilinin namizədləri...”

Parlament seçkisini müşahidə edən deputat: “Saakaşvilinin namizədləri...”

10 Oktyabr 2016, 16:10

 

“Mən və Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əflatun Amaşov Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyənləşdirilmiş 5 dairə 11 məntəqədə seçkiləri izlədik”.

 

Bunu Modern.az-a açıqlamasında Gürcüstanda baş tutmuş parlament seçkilərini izləyən deputat Hikmət Babaoğlu deyib.

 

O bildirib ki, Gürcüstanda baş tutmuş parlament seçkilərində qanun pozuntusu olmayıb:

“Seçkinin texniki təchizatı və təşkilatçılığı yüksək səviyyədə idi. Məntəqələrdə gürcü xalqının, və vətəndaşlarının öz iradələrini azad şəkildə ortaya qoyması üçün heç bir maneə yox idi.

 

Seçicilərin fəallığı müşahidə edilirdi. Müşahidə etdiyimiz məntəqələrin heç birində qanun pozuntusuna rast gəlinmədi. Hər şey azad və demokratik mühitdə baş tutdu.

Çoxsaylı xarici təşkilatlar və yerli müşahidəçilər exit-poll keçirdilər və seçkini müşahidə etdilər. Seçkidə millətlərarası münasibətlərdə heç bir ayrı seçkilik yox idi”.

H.Babaoğlu azərbaycanlıların seçkidəki iştirakından da danışıb:

 

“Seçicilərin sayı baxımından  azərbaycanlılar bölgədə xeyli çoxdurlar. Ancaq Gürcüstan parlamentində təmsil olunmaq bu hələ bəs deyil. Çünki çox olmaq hələ yetərincə mandat qazanmaq demək deyil.

Ona görə ki, bu çoxlu hamısı eyni qaydada bir amal və məqsədə qulluq etməlidirlər”.

Deputat əlavə edib ki, Mixail Saakaşvilinin namizədlərinə qarşı heç bir ayrı seçklik olmayıb:

“Müşahidə etdiyimiz məntəqələrdə Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkat Partiyasından olan namizədlərə qarşı hər hansı ayrı-seçkiliyin və qanun pozuntularının olmasını müşahidə etmədik”.

 

Ağa AKİFOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir