Modern.az

114 yaşlı qarı ərə getdi

114 yaşlı qarı ərə getdi

10 Oktyabr 2016, 17:01

Çində hamını heyrətə gətirən toy olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 114 yaşlı qadın 71 yaşlı kişiyə ərə gedib.

Nikah mərasimi Çinin Cintsyan-Uyğur muxtar rayonunun Kaşqar dairəsində keçirilib.

Məlumatda qeyd edilir ki, kişi sevgilisinin ona ərə gəlməsinə bir il müddətində nail olub.

Onun sözlərinə görə, onlar qocalar evində tanış olublar. Kişi deyib ki, hər şeydən əvvəl gələcək arvadına  yemək bişirə bilməsi qabiliyyətinə görə vurulub.

Sonradan başa düşüb ki, xoşuna gələn qadın çox yaxşı insandır.

Qadın bir neçə dəfə kişiyə ərə getməkdən imtina edib. Ancaq 71 yaşlı bu kişi ona nəvaziş göstərməkdən əl çəkməyib. Nəticədə o, toya razılıq verib və beləliklə, əlaqələrini rəsmiləşdiriblər.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir