Modern.az

Şəhid ailələrinə daha bir güzəşt - Qanun dəyişdirilir

Şəhid ailələrinə daha bir güzəşt - Qanun dəyişdirilir

11 Oktyabr 2016, 17:18

Azərbaycanda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyiklik təklif olunur.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanunda nəzərdə tutulmuş dəyişiklik haqqında Modern.az-a açıqlamasında məlumat verib.

Deputat bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna edilən yeni dəyikliklə Elmlər Akademiyasının magistr pilləsində təhsil alan və valideyn himayəsindən məhrum olanlar təhsil haqqında azad olunurlar:

 

“Bu dəyişikliklə digər dövlət ali təhsil müəssisələrinin magistr pilləsi ilə yanaşı, Elmlər Akademiyasının da magistr pilləsində təhsil alan, valideyn himayəsindən məhrum olanlar təhsil haqqı ödəməyəcəklər”.

Hadi Rəcəbli deyib ki, valideynlərini itirmiş vətəndaş istənilən yaşda magistr təhsili alarsa, təhsil haqqından azad olunacaq.

 

“Qanunda magistr təhsilinə başlamaq yaxşı 23 göstərilib. Amma yeni dəyişikliklə neçə yaşda olmasında asılı olmayaraq valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş magistrlər təhsil haqqı ödəməyəcəklər.

 

Bununla da “Təhsil haqqında”qanuna da etdiyimiz düzəliş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna da edilir”-deyə komitə sədri bildirib.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı