Modern.az

Əli İnsanov haqqında yeni həbs qərarı VERİLDİ

Əli İnsanov haqqında yeni həbs qərarı VERİLDİ

Aktual

11 Oktyabr 2016, 19:07

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yenidən, 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Modern.az saytı xəbər verir ki, bu barədə oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Qərar Qaradağ Rayon Prokurorluğunun təqdimatı əsasında çıxarılıb.

Keçmiş nazirin vəkili Toğrul Babayev “Azadlıq” radiosuna bildirib ki, Əli İnsanov məhkəmədə iştirakdan imtina edib.

 
Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - bu il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Qərarda göstərilir ki, Ə.İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı