Modern.az

Bağlanan bankların qorunan əmanətçilərinə kompensasiya ödənildi

Bağlanan bankların qorunan əmanətçilərinə kompensasiya ödənildi

12 Oktyabr 2016, 09:24

Oktyabrın 11-də Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 802 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  17 mln. 184 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 836 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 103 mln. 677 min manatdan artıq kompensasiya ödənilib.

 

Fonddan Modern.az-a verilən məlumata görə, 11 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 830 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 816 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 646 min manatdan artıq kompensasiya ödənilib.

 

11 oktyabrda “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 974 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 21 min manatdan artıq kompensasiya ödənilib.

 

Sentyabrın 11-dən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 mln. 230 min  manat artıq kompensasiya ödənilib.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 272 mln. 577 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır