Modern.az

Zakir Həsənov Murova getdi - FOTOLAR

Zakir Həsənov Murova getdi - FOTOLAR

12 Oktyabr 2016, 11:09

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

 

Bu barədə Modern.az-a   Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətindəki Odundağ zirvəsi və Murov dağı bölgəsindəki bölmələrdə olan Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Müdafiənin ön xəttində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə tanış olub.

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə ətraflı məruzə edilib. 


Səngərlərdə döyüş növbəsi çəkən hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.

 

Ağa AKİFOĞLU

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir